Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏNAYE VƏ ENERGETİKA NAZİRİ NATİQ ƏLİYEVİN ÇIXIŞI

- Zati-aliləri hörmətli cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Respublika Prezidentinin təşəbbüsü ilə çağırılan və bilavasitə rəhbərliyi altında keçirilən Nazirlər Kabinetinin geniş iclasları artıq ənənəyə çevrilibdir. İqtisadiyyatın durumunun və vəziyyətinin obyektiv qiymətləndirilməsi, mövcud problemlərin aradan qaldırılması, müsbət meyillərin müəyyənləşdirilməsi və təhlil edilməsi, onların güclənməsi və möhkəmlənməsi üçün tədbirlərin planlaşdırılması cəmiyyətimizin həyatında mühüm yer tutur və çox vacib və böyük rol oynayır. Bu da, möhtərəm cənab Prezident, respublika regionlarına çoxsaylı səfərlərinizlə yanaşı, dövlət başçısı kimi Sizin ölkədə gedən quruculuq və inkişaf prosesinə böyük qayğı və diqqətinizin, xalqın maddi rifahının yüksəldilməsi yolunda gündəlik zəhmət və səylərinizin təzahürüdür.

Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinə sadiq olan respublika Prezidenti nəinki bunu böyük məhəbbətlə, bacarıqla və uğurla davam etdirir, eyni zamanda, dünyada müşahidə edilən, bəzi hallarda çox mürəkkəb xarakter daşıyan geosiyasi və iqtisadi dəyişiklikləri nəzərə alaraq, bu xətti müasirləşdirir, daim inkişaf etdirir. Ölkənin müstəqilliyinin möhkəmləndirilməsi üçün Prezidentin məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri, o cümlədən Avropa İttifaqı dövlətləri ilə münasibətlər və əməkdaşlıq yeni, daha yüksək mərhələyə və səviyyəyə çatmışdır. Bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir.

İqtisadiyyatımızın özülü olan və bütün sahələrin tərəqqisinə və səmərəli fəaliyyətinin təşkilinə təsir edən sənaye və energetika sahəsinin davamlı və tarazlı inkişaf etdirilməsi istiqamətində son dörd ildə bir sıra mühüm dövlət proqramları qəbul olunmuş, ciddi tədbirlər və irimiqyaslı işlər və layihələr həyata keçirilmişdir və hazırda davam etməkdədir. Nəticədə müsbət dəyişikliklər müşahidə olunur. Neft, qaz hasilatı, elektrik enerjisi istehsalı ildən-ilə artır, ölkəmizin sənaye, məişət obyektləri və əhali neft məhsulları, təbii qaz və elektrik enerjisi ilə təchiz edilir. Ümumiyyətlə, demək olar ki, ölkəmizin enerji təhlükəsizliyi təmin olunub və gələcək illərdə daha da möhkəmlənəcəkdir.

Cari ilin doqquz ayı ərzində respublikada 31,4 milyon ton neft, 11,5 milyard kubmetr qaz çıxarılmış, 15,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bu göstəricilərin təhlili və keçmiş dövr və illər ilə müqayisədə göstərir ki, respublikamızın iqtisadiyyatının bu sahəsində tarixdə görünməyən uğurlar qazanılmışdır. 2007-ci ildə respublikada 43 milyon 952 min ton neft hasilatı proqnozlaşdırılır. Bu da Azərbaycanın neft sənayesi tarixində yeni rekorddur. Qaz hasilatı və elektrik enerjisi istehsalı 1990-cu ilin səviyyəsini keçib və artmaqdadır.

2007-ci ildə tarixi hadisələr baş vermişdir. İlk növbədə, “Azəri” yatağında mərkəzi, qərb və şərq platformalarının işə salınması nəticəsində bu yatağın tammiqyaslı işlənilməsinin təmin edilməsini göstərmək olar. “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin mənimsənilməsi məqsədi ilə, hasilat platformasının tikinti işləri başa çatır.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 9 ayda 19,9 milyon ton neft ixrac edilmişdir və bu, kəmərin layihədə nəzərdə tutulmuş nəqletmə gücünə çatması deməkdir.

Ehtiyatlarına görə dünya miqyaslı “Şahdəniz” yatağından ilk təbii qazın çıxarılması, hasilatın sürətlə artırılması və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması Gürcüstana və Türkiyəyə təbii qazın ixrac edilməsinə imkan yaratmışdır. 9 ay ərzində “Şahdəniz” yatağından 1 milyard 750 milyon kubmetr qaz və 488 min ton kondensat hasil olunmuş, çıxarılan qazın 670,4 milyon kubmetri ixrac edilmişdir. Cari ildə qaz təsərrüfatında yeni xətlərin çəkilməsi, qaz təchizatının yaxşılaşdırılması və təkmilləşdirilməsi, yeraltı qaz anbarlarının genişləndirilməsi və səmərəliliyinin artırılması, yeni modul tipli elektrik stansiyalarının işə salınması, mövcud istilik elektrik stansiyalarının yenidən qurulması, respublikanın ümumi generasiya gücünün artırılması, sayğacların quraşdırılması və bunun nəticəsində enerji resurslarından daha səmərəli qənaətlə istifadə edilməsi kimi tədbirlər həyata keçirilmişdir.

İqtisadiyyatın sənaye qeyri-neft sektorunda 2007-ci ilin 9 ayında 13, 3 milyard manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Hesabat dövründə metallurgiya və metal məmulatları istehsalı müəssisələrində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 3,3 faiz çox olmuşdur. Maşın və avadanlıq istehsalı müəssisələrində istehsalın səviyyəsi 1,8 dəfə, nəqliyyat vasitələri və avadanlıqları istehsalı isə 2,3 dəfə çox olmuşdur. Son dörd ildə və xüsusilə cari ildə neft-qaz və energetika sahələrində görülən işlər, mühüm layihələrin həyata keçirilməsi, o cümlədən qaz hasilatının artırılması proqramı, emal sahəsində neft məhsullarının növünün və keyfiyyətinin artırılması, təbii qazın tam həcmdə emalı və təmizlənməsi, Sumqayıt, Şimal-2, Səngəçal, Mingəçevir elektrik stansiyalarının tikilməsi və istifadəyə verilməsi, qaz və enerji paylayıcı şəbəkələrinin təkmilləşdirilməsi və işlənməsinin səmərəliliyinin artırılması sahəsində tədbirlərin görülməsi ölkənin payız-qış mövsümünə hazırlığının dərəcəsini xeyli yüksəltmişdir. Müfaviq qurumlardan aldığımız məlumatlara görə qarşıdakı payız-qış mövsümündə həm əhali, həm də sənaye və məişət obyektləri yanacaq və enerji ehtiyatlarının təminatında çətinlik çəkməyəcəklər.

Postsovet məkanındakı çoxsaylı dövlətlərdən fərqlənən Azərbaycan enerji təhlükəsizliyini müstəqil şəkildə təmin edən dövlətdir. 2006-cı ilin dekabr ayında Rusiyada idxal olunan təbii qazın qiymətlərinin birdən-birə və gözlənilmədən yüksək dərəcədə artırılması başqa dövlətlərin şok vəziyyətinə düşməsinə səbəb olduğu halda, Azərbaycanın enerji təhlükəsizliyinin tam təmin edildiyini sübut etdi. Rusiyanın Ukraynaya, Moldovaya, Gürcüstana, Belarusa, Litvaya, Latviyaya, Polşaya, Bolqarıstana, Macarıstana ixrac etdiyi qazın qiymətlərini artırması, bu ölkələrdə ciddi problemlər yaratmışdır. Azərbaycan isə dərhal ciddi tədbirlər həyata keçirdi, ölkə enerji balansının strukturunu dəyişdi və daxili enerji resursları hesabına tələbatı tam şəkildə təmin etdi və qaz idxalından imtina etdi. Xəzər regionunda böyük və zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycanın müstəqil enerji siyasəti ildən-ilə neft və qaz hasilatının, elektrik enerji istehsalı həcminin artırılması, geniş nəqliyyat tranzit şəbəkəsinin, o cümlədən nəhəng Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə sahib olması, regionda neft və qaz axınlarının əsl mənada şaxələndirilməsinə nail olması, əlverişli coğrafi mövqeyi və imkanları dünyanın bir çox ölkələrinin və xüsusilə 27 dövləti birləşdirən Avropa İttifaqının bizim ölkəyə olan marağını və diqqətini xeyli artırmışdır.

Müstəqil Azərbaycanın müasir enerji siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı və misilsiz xidmətləri ilə bağlıdır. Bu siyasətin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məqsədyönlü səyləri nəticəsində enerji siyasətini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Bu sahədə olan mühüm amillərdən, neft diplomatiyasından məharətlə istifadə edərək, nəinki ölkə maraqlarını qorumuş, hətta regionun və Avropa məkanının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əvəzedilməz rolunu və əhəmiyyətini sübut etmişdir və bu yöndə böyük nailiyyətlər və nəticələr əldə olunmuşdur. 2006-cı ildə Kiyevdə GUAM təşkilatına daxil olan ölkələrin dövlət başçılarının sammitində Prezidentimiz Xəzər regionunun enerji resurslarının Avropaya çatdırılması mövzusunda və yeni enerji dəhlizinin yaradılması haqqında müxtəlif praktik və səmərəli təkliflər irəli sürmüşdür və bunun nəticəsində regional əməkdaşlığın yeni mərhələsi başlanmışdır. Bunun davamı olaraq, 2006-cı ilin noyabrın 6-da Brüsseldə Prezidentimiz tərəfindən Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Bu da xüsusi əhəmiyyət kəsb edir və Avropa İttifaqının yeni qonşuluq siyasəti proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərlə birlikdə Avropa məkanının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu göstərir.

Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirilməsi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Türkmənistan üçün yeni imkanlar yaradıbdır. Bu baxımdan Qazaxıstan neftinin Xəzər dənizi və respublikamızın ərazisi vasitəsilə nəql edilməsi, yəni Bakı-Tbilisi -Ceyhan neft boru kəməri vasitəsilə dünya bazarına çıxarılması böyük əhəmiyyət kəsb edir. Respublika Prezidentinin məqsədyönlü fəaliyyəti nəticəsində Qazaxıstan və Azərbaycan hökumətləri arasında müvafiq saziş imzalanmışdır və hazırda Transxəzər neft dəhlizinin yaradılması üçün hər iki ölkədə mühüm layihələr həyata keçirilir. Birinci mərhələdə 25 milyon ton Qazaxıstan nefti Azərbaycan ərazisindən keçməklə dünya bazarına çıxarılacaqdır.

Nazir Natiq Əliyev Avropanın enerji təhlükəsizliyinə töhfələrini verən Azərbaycanın regional və beynəlxalq səviyyədə gördüyü işlərdən, bununla bağlı dövlət başçısının iştirak etdiyi beynəlxalq tədbirlərdən danışdı. Ölkəmizdə alternativ enerji mənbələrinin yaradılması üçün reallaşdırılan tədbirlərdən də söhbət açan nazir respublikamızın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün dövlət səviyyəsində görülən kompleks işlər barədə məlumat verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə keçirilən müşavirədə Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib