SƏNƏTİNƏ VİCDANLA YANAŞAN İNSAN
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Muzey Mərkəzinin sərgi qalereyasında Dövlət mükafatı laureatı, xalq rəssamı Rasim Babayevin 80 illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Milli Məclisin deputatı Elmira Axundova və başqaları hələ sağlığında onun əsərlərinin Moskva, Paris, Helsinki, Berlin və dünyanın digər bir çox məşhur sərgi salonlarında nümayiş etdirildiyini söyləmişlər.
Rəssamın dostu, Azərbaycanın YUNESKO-dakı sabiq nümayəndəsi Ramiz Abutalıbov Rasim Babayevin bir dost kimi çox səmimi, xeyirxah insan olduğunu və sənətinin də təmiz hisslər təlqin edən bir sənət olduğunu bildirmişdir. Natiq Rasim Babayevin 60-cı illərin ən istedadlı rəssamlarından biri olaraq, sənətinə vicdanla yanaşan insan olduğunu söyləmişdir.
Sərgidə xalq rəssamının 60-a yaxın rəngkarlıq və qrafika əsərləri nümayiş etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [19:23]
Laçında “Əmir Teymur” filmi nümayiş olunub
- 26.08.2026 [19:07]
Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq
- 26.08.2026 [18:24]
Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc
- 26.08.2026 [18:02]