Sentyabrda OPEC üzrə neft istehsalı azalıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Sentyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı avqust ayı ilə müqayisədə 50 min barrel azalaraq sutkada 24 milyon 11 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 26,6 faiz təşkil edib.
Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox artıran ölkələr Liviya, İraq və Səudiyyə Ərəbistanı olub. Liviyada gündəlik hasilat əvvəlki aya görə 53 min barrel, İraqda 46 min barrel, Səudiyyə Ərəbistanında isə 35 min barrel artıb.
Sentyabrda kartelə üzv ölkələrdən neft istehsalı ən çox Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) azalıb. Bu ölkənin sutkalıq hasilatı 239 min barrel geriləyib.
Keçən ay dünyadakı qazma qurğularının sayı avqust ayı ilə müqayisədə 31 ədəd azalaraq 1137 olub. Həmin qurğuların 363-ü OPEC-ə üzv ölkələrdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]