Sərbəst güləşçilərimiz ikinci Avropa Oyunlarına hazırlığı davam etdirirlər
Bakı, 15 may, AZƏRTAC
Sərbəst güləş üzrə yığmamız mayın 15-də növbəti təlim-məşq toplanışına başlayıb.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesi mayın 30-dək davam edəcək. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında toplanışda Mahir Əmiraslanov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev, Toğrul Əsgərov (hər ikisi 74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Seyid Məhəmmədrza Azərşakib və Camaləddin Məhəmmədov (hər ikisi 125 kq) yer alıblar.
Qeyd edək ki, iyunun 25-30-da Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında fiziki hazırlıq prioritet təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]