Serbiyalı futbolçu Luka Yovoviçin karyerası təhlükə altındadır
Belqrad, 29 mart, AZƏRTAC
“Real Madrid” klubunun serbiyalı ulduzu Luka Yovoviçin gələcək karyerası təhlükə altındadır. Buna səbəb futbolçunun koronavirusla bağlı qadağalara əməl etmədən Serbiyaya gəlməsi olub.
AZƏRTAC xəbər verir ki, 22 yaşlı hücumçu Serbiyada yaşayan nişanlısının doğum gününə icazəsiz gəlməklə yanaşı, karantin qaydalarını da pozub. Serbiya hökuməti xaricdən gələn hər bir vətəndaş üçün 28 günlük özünütəcrid qaydası tətbiq edib.
Futbolçunun üzrxahlığına baxmayaraq, “Real Madrid” klubu rəhbərliyinin gələn mövsüm ona heyətdə yer verməyəcəyi ehtimal olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]