Serbiyalı tennisçi koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib
Belqrad, 28 mart, AZƏRTAC
Serbiyalı tennisçi, dünya şöhrətli Novak Cokoviç ölkəsində koronavirusla yardım fonduna bir milyon avro ianə edib.
AZƏRTAC xəbər verir ki, ayrılan pulla respirator və tənəffüs cihazları alınacaq. İdmançı bu barədə “Instagram”dakı səhifəsində məlumat verib. O bildirib ki, köçürülən vəsaitə Çindən və Almaniyadan xüsusi tibbi avadanlıq gətiriləcək. O, həmçinin virusla mübarizə aparan bütün tibb işçilərinə təşəkkür edib.
Bir neçə gün əvvəl məşhur tennisçilər - isveçrəli Rojer Federer və ispaniyalı Rafael Nadal da ölkələrindəki müvafiq fondlara maddi yardımlar göstəriblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]