Şərur rayonunda yardımçı tikili yanıb
Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun, İbadulla kəndində yardımçı tikilinin üzərinə yığılan ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.
Yanğın hadisəsi nəticəsində 1300 ot bağlaması, sahəsi 100 kvadratmetr və 40 kvadratmetr olan 2 yardımçı tikilinin (tövlənin) dam örtüyünün yanar konstruksiyaları yanıb, içərisindəki 9 baş iribuynuzlu heyvan tələf olub. 300 ədəd ot bağlaması, ümumi sahəsi 16 kvadratmetr olan digər 2 yardımçı tikili və sahəsi 325 kvadratmetr olan fərdi yaşayış evi yanğından mühafizə olunub.
Müxbir- Nail Əsgərov