Səudiyyə Ərəbistanında ÜDM-in 50 faizini qeyri-neft sektoru təşkil edir
Bakı, 15 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru 2023-cü ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) 50 faizini təmin etməklə mühüm mərhələyə qədəm qoyub.
AZƏRTAC Səudiyyə Ərəbistanı mediasına istinadla xəbər verir ki, İqtisadiyyat və Planlaşdırma Nazirliyi bunu rekord göstərici adlandırıb. Krallıq iqtisadiyyatının qeyri-neft sektoru 1,7 trilyon Səudiyyə riyalı (təxminən 453 milyard dollar) həcmində qiymətləndirilib ki, bu da investisiyaların, istehlak xərclərinin və ixracatın sabit artımı ilə bağlıdır.
Özəl sektor investisiyaları son iki il ərzində 57 faiz artıb və 2023-cü ildə rekord həddə - 959 milyard Səudiyyə riyalına (254 milyard dollar) çatıb. İncəsənət və əyləncə sektorunda 2021-2022-ci illərdə 106 faiz artım müşahidə olunub. Əsasən turizm gəlirləri ilə formalaşan xidmət sahəsində isə son iki ildə 319 faizlik artım qeydə alınıb.
Qeyri-neft sektorunun fəallığının nəzərəçarpacaq dərəcədə artması Səudiyyə Ərəbistanının iqtisadi inkişaf amillərini diversifikasiya etmək məqsədinə uyğundur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]