Azərbaycan Dövlət İnformasiya Agentliyi

Silahlı Qüvvələrimizi daha da gücləndiririk ki, regionda özümüzü tam əmin hiss edək - Şərh

Silahlı Qüvvələrimizi daha da gücləndiririk ki, regionda özümüzü tam əmin hiss edək -  Şərh

Bakı, 13 iyul, AZƏRTAC

Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev beynəlxalq hüququn işləməməsi və dünyada ciddi təhdidlərin olmasını bildirib. Azərbaycan Prezidenti deyib ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürən böyük dövlətlər bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Beynəlxalq münasibətlər sistemində qaydaların pozulduğu, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə məhəl qoyulmadığı dövrdə güclü olmaq zərurətə çevrilib. Hazırda əsas prioritetlərdən biri də Ordumuzun gücləndirilməsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.

Bildirilib ki, Azərbaycan 30 il beynəlxalq hüququ dəstəkləyib. Xalqımız doğma torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunacağına inanıb. Ancaq Qarabağın Ermənistana birləşdirilməsi prosesinə beynəlxalq birlik uzun müddət səssiz qalıb. Nəhayət, bu məsələ 2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməsi ilə nəticələnib. Dünyada müəyyən məsələlərin güc yolu ilə həlli ordumuzun inkişafını zəruri edib. Dövlətimizin başçısı müşavirədəki çıxışında ordumuzun güclü olmasının əsas istiqamətlərini göstərdi. Bunlar özümüzü, müstəqilliyimizi müdafiə etməkdir.

Hərbi-siyasi ekspertin sözlərinə görə, dövlətimizin başçısı müşavirədə müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmağın əhəmiyyətini qeyd edib. “İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq”.

Ehtiyatda olan polkovnik-leytenantın fikrincə, Ali Baş Komandanımız çıxışı zamanı hərbi potensialın gücləndirilməsinin istiqamətlərdən birinin yüksək texnologiyalı hərbi sistemlərin alınması, digərinin isə birləşmə və bölmələrin yaradılması olduğunu diqqətə çatdırıb. Burada insan resurslarından düzgün istifadə olunması istiqamətləri vacibdir. Buna görə də müharibə başa çatandan sonra ardıcıl şəkildə bu istiqamətdə çox ciddi addımlar atıldı. Bu kontekstdə Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti, ölkəmizin hərbi potensialı artırıldı.

Dövlət büdcəsinin mühüm hissəsi ordu quruculuğuna ayrılacaq

Azərbaycanın öz seçimini edərək dünyada dost və qardaş ölkələrlə münasibətlərini daha da möhkəmləndirir. Ona görə də bu təhdidlər daha dərin və strateji ordu yaradılmasını zəruri edir. Bu baxımdan da dövlət büdcəsinin mühüm hissəsinin ordu quruculuğuna ayrılması fikri müşavirədə səsləndirildi.

Elmar Hüseyn qeyd edib ki, dövlətimizin başçısı büdcəyə əlavədə ikinci əsas istiqamətin hərbi gücümüzün artırılması ilə bağlı olduğunu söyləyib: “Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.... Qeyd etdiyim kimi, bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi”.

Dövlət büdcəmizin dürüstləşməsi zamanı əlavə əldə edilən gəlirlər müxtəlif istiqamətlərdə - tarixi torpaqlarımızda vətəndaşlarımızın rifahının yaxşılaşdırılması, onlara normal şəraitinin yaradılması, dünya standartlarına uyğun qayıdış planının həyata keçirilməsi və yaşayış məntəqələrinin inşasına xərclənəcək.

Prezident İlham Əliyev müşavirədə bu siyasəti aparmaqla ölkəmizin nüfuzunun artırıldığını deyib: “Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”.

Azərbaycanın hərbi qüdrəti daha da artırılır

Vətən müharibəsi veteranı bildirib ki, müşavirədə Prezidentin dediyi kimi, Silahlı Qüvvələrimizin modernləşdirilməsi sahəsində az danışmaq, çox iş görmək lazımdır. Ordumuzun formalaşdırılması üçün müasir silah və texnikanın alınması və məxfi saxlanılması onun daha strateji tapşırıqların icrasına yönəlməsini göstərir. Bu istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar, Ordunun modernləşdirilməsi prosesi, müasir silah-sursat, hərbi texnika ilə təminat işləri davam etdirilir. Eyni zamanda, bu gün Azərbaycanın öz maraqlarına uyğun siyasət yürüdür, heç kimi qarşısında əyilmir və heç bir qüvvənin iradəsinə tabe olmayır. Ölkəmizin gücü, hərbi qüdrətinin artırılması bunu təmin edən əsas amildir.

Prezident açıq şəkildə qeyd etdi ki, bizimlə güc yolu ilə danışmaq istəyənlərə onların dili ilə cavab verərək bir neçə dəfə yerinə otuzdurduq. Qlobal dünyada dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə iki istiqamətdə - biri güc, digəri isə iqtisadi və maliyyə yolu ilə qəsd olunur. Elə bu baxımdan da dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan istər pandemiya dövründə, istərsə də son illər inflyasiyanın qarşısını alan ölkələrdən biridir.

“İkinci istiqamət isə aydın şəkildə ordu quruculuğu məsələsidir. Dünyanın üçüncü dəfə bölüşdürülməsi proseslərinin qarşısını almaq üçün mütləq şəkildə hər bir dövlət özünümüdafiə hüququna malik olmalıdır. Eləcə də özünü müdafiə edəcək dövlətlərin hərbi sənayesi, ordusunun formalaşması, ştat strukturu üçün maliyyə vəsaitlərinin olması mühüm şərtdir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində düşmənin revanşist niyyətləri puç oldu. Əgər Ermənistan şərti sərhəddə hər hansı istiqamətdə təxribat törətsəydi və Ordumuzun apardığı əməliyyatlarla onun qarşısı alınmasaydı, düşmən ölkənin havadarları onlara daha çox silah-sursat ötürəcəkdi. Belə ki, ordumuzun inkişafı bu revanşizm cəhdlərinin qarşısının alınmasına töhfə verir”, - deyə hərbi-siyasi ekspert vurğulayıb.

Ermənistanla münasibətlərə, sülh danışıqları məsələsinə toxunan E.Hüseyn deyib ki, Azərbaycanın sülh danışıqları ilə bağlı aydın və məntiqli addımları beynəlxalq hüquqa əsaslanır. Danışıqlar prosesində müsbətə doğru hərəkət olması, Ermənistanın Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması və sərhədlərini qəbul etməsi mühüm uğurlardır. Xüsusi qeyd edilməlidir ki, Ermənistan bu nöqtəyə öz xoşu ilə gəlməyib, Azərbaycanın ardıcıl, prinsipial siyasi xətti, təzyiqləri onu buna məcbur edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi