Şimal bölgəsinin 4 kəndində qazlaşdırılma işləri aparılır VİDEO
Siyəzən, 5 aprel, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən şimal rayonlarında 4 kəndin qazlaşdırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra Siyəzənin Böyük Həmyə, Şabranın Ərəblər, Qubanın Qaraçay və Xaçmazın Bayoba kəndlərində yaşayan ümumilikdə 200-ə yaxın abonent ilk dəfə yüksəktəzyiqli təbii qazla təmin olunacaq.
Siyəzənin Böyük Həmyə kəndində qazlaşdırma işlərinin 70 faizi tamamlanıb. Burada yeni salınan məhəllələrdəki 40 abonent ilk dəfə mavi yanacaqla təmin ediləcək.
Kəndlərin qazla təminatı üçün müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunur. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq.
Qeyd olunan kəndlərdə qazlaşdırma işləri aprel ayında başa çatdırılacaq.