ŞİMAL-CƏNUB NƏQLİYYAT DƏHLİZİ LAYİHƏSİNİN REALLAŞDIRILMASI İSTİQAMƏTİNDƏ İŞLƏR DAVAM ETDİRİLİR
Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması istiqamətində işlər davam etdirilir.
Əsas idarəetmə orqanı Rusiyada yerləşən layihənin davam etdirilməsi ilə bağlı yaxın vaxtlarda Azərbaycan, İran və Rusiya dəmiryolçularının görüşünün keçirilməsi planlaşdırlır. Bu görüşdə işlərin sürətləndirilməsi məqsədilə müvafiq konsorsium yaradılması məsələsi də həllini tapacaqdır.
Qeyd edək ki, İran ərazisində Qəzvin-Rəşt-Astara (İran) istiqamətində dəmir yolunun inşası işlərinə artıq başlanmışdır. Astara (İran)-Astara (Azərbaycan) arasında dəmir yolunun inşasını Azərbaycan öz üzərinə götürmüş və bununla əlaqədar hazırlıq işləri görülür.