Şimali Kaliforniyada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilmişdir
Bakı, 24 mart (AZƏRTAC). Novruz bayramını Şimali Kaliforniyada yaşayan azərbaycanlılar xüsusi təntənə ilə qeyd etmişlər.
Şimali Kaliforniya Azərbaycan Mədəni Cəmiyyəti (ŞKAMC) və Azərbaycan Amerika Şurasının (AAŞ) dəstəyi ilə keçirilmiş bayram tədbirində 200-dən çox qonaq iştirak etmişdir.
ŞKAMC-nin üzvü Samir Lütfəliyev çıxış edərək qonaqları bayram münasibətilə təbrik etmişdir. Daha sonra AAŞ-nın icraçı direktoru Cavid Hüseynov Novruz bayramı haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikasının Los Ancelesdəki Baş konsulluğun əməkdaşı Fərid Musayev qonaqlara, Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış bayram təbrikini çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]