SOCAR insan kapitalının inkişafı sahəsində mükafat qazanıb
Bakı, 28 avqust, AZƏRTAC
SOCAR insan kapitalının inkişafı sahəsində nüfuzlu “Brandon Hall Group”un “Human Capital Management Excellence” mükafatının qalibləri sırasında yer alıb.
SOCAR-dan AZƏRTAC-a verilən məlumata görə, cari ilin əvvəlində SOCAR-ın baş ofisinin İnsan Kapitalı və İnklüzivlik (İKİ) seqmenti tərəfindən həyata keçirilən bir sıra layihə və proqramlar “Brandon Hall Group” tərəfindən elan edilmiş müxtəlif kateqoriyalar üzrə dörd müxtəlif kateqoriyada yüksək nəticə göstərib. Belə ki, SOCAR “Enerji Liderləri”, “Performans mədəniyyətinin aşılanması” layihələri və “Gənc İstedadlar” proqramı üzrə qızıl mükafatlar, “HR AI chat-bot” layihəsi üzrə isə gümüş mükafat qazanıb.
Qeyd edək ki, “Brandon Hall Group” 30 ildən artıqdır ki, biznes, idarəetmə və insan kapitalının inkişafı sahələrində qabaqcıl şirkətlərin uğurlarını dəyərləndirir. Bu mükafatlar tətbiq edilən proqramların əməkdaşlara və şirkətlərə ölçülə bilən dəyər qazandırmaq bacarığına görə təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]