SOCAR qazma işlərini 14 faizdən çox artırıb
Bakı, 13 avqust, AZƏRTAC
Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21,6 min metr qazma işləri həyata keçirilib.
AZƏRTAC SOCAR-ın cari ilin ikinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadla xəbər verir ki, qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz artıb. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı ötən illə müqayisədə təxminən 5,2 faiz artaraq, ikinci rüb üzrə 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton xam neft hasil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:03]