SOCAR Ukraynada Xocalı soyqırımına dair məlumatlandırma aksiyası keçirir
Kiyev, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı fevralın 25-dən martın 1-dək SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində (YDM) faciəyə dair videoçarx yayımlanır. Həmçinin YDM-lərdə musiqi yayımı dayandırılıb, bayraqlar endirilib.
AZƏRTAC xəbər verir ki, videoçarxda Xocalı soyqırımı barədə maarifləndirici məlumatlar, soyqırımına dair fotolar, faktlar yer alır.
“SOCAR Energy Ukraine” şirkəti hesab edir ki, bu təbliğat vasitəsilə yanacaqdoldurma məntəqələrinə gələn insanlara Xocalı soyqırımı haqqında həqiqətlər çatdırılır.
Hazırda Ukrayna ərazisində “SOCAR Energy Ukraine” şirkətinə məxsus 60-dək yanacaqdoldurma kompleksi daxildir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev