Son bir ayda Misir ordusu Şimali Sinayda 77 terrorçunu məhv edib
Qahirə, 31 avqust, AZƏRTAC
Son bir ayda Misir ordusunun Şimali Sinay ərazisində keçirdiyi antiterror əməliyyatları nəticəsində 77 terrorçu məhv edilib. Bundan başqa, terrorçulara məxsus 317 düşərgə dağıdılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İŞİD və digər təhlükəli terrorçu qruplaşmaların üzvləri Sinay yarımadasının şimal və mərkəzi hissəsinə toplaşaraq silahlı hücumlara hazırlıq görüblər. Onların hədəfi təhlükəsizlik qüvvələrinin şəxsi heyəti, o cümlədən yüksək rütbəli şəxsləri və dini azlıqların nümayəndələri olub. Terrorçulara qarşı keçirilən əməliyyatlarda həlak olan və yaralanan hərbçilərin sayı 7 nəfərdir.
Misir ordusu Şimali Sinayda və ölkənin Liviya ilə sərhədində terrorçu dəstələrə qarşı əməliyyatları davam etdirir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]