Son gündə Özbəkistanda koronavirusa yoluxanların sayı 42 minə çatıb
Daşkənd, 31 avqust, АZƏRTAC
Son gündə Özbəkistanda COVID-19-dan 348 xəstə qeydə alınıb, yoluxma sayı 41 min 651 nəfər olub.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sutka ərzində virusdan 6 pasiyent dünyasını dəyişib və bu xəstəlikdən ölənlərin sayı 317 nəfərə çatıb.
Xəstəxanalarda 2 min 515 pasiyent olduğu bildirilir, onların 250-nin vəziyyəti ağır, 137-nin kritikdir.
Son 24 saatda infeksiyadan 460, pandemiya dövründə isə 38 min 819 xəstə sağalıb.
Ölkə mətbuatı yazır ki, Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Əməkdar artist Fatxulla Masudov ötən gecə 57 yaşında koronavirusdan vəfat edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]