Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Son günlər havanın temperaturu yüksək olduğu üçün günvurma halları artıb

Son günlər havanın temperaturu yüksək olduğu üçün günvurma halları artıb

Bakı, 9 avqust, AZƏRTAC

Günvurma və ya istivurma uzun müddət günəş altında qaldıqda bədəndə temperaturu tənzimləyən mexanizmlərin pozulması nəticəsində meydana çıxan kliniki haldır. Yay aylarında hava temperaturunun çox yüksək olduğu günlərdə günvurma hallarının artması gözləniləndir. Lakin hər il baş verən bu tendensiyanı müəyyən qədər azaltmaq, qabaqlayıcı tədbirlər görmək mümkündür.

AZƏRTAC günvurmanın səbəbləri və ondan qorunma yolları ilə bağlı araşdırma aparıb. Mövzu ilə bağlı həkim-terapevt Günay İsmayılova günvurmanın uşaqlar arasında daha çox müşahidə edildiyini deyib: “Günün müəyyən saatlarında beş yaşa qədər uşaqların açıq havada qalması düzgün deyil. Günvurmadan əsasən, azyaşlıları, körpə uşaqları qorumaq lazımdır. Çünki onlarda hərarət tənzimləmə mərkəzi sinir sistemi tam formalaşmayıb. Belə uşaqlarda günvurma halları ağır olur. Uşaqlarda günvurmanın əlamətlərinə sifətin tərləməsi, bədən temperaturunun yüksəlməsi, qusma, tənəffüs çatışmazlığı, ürək fəaliyyətinin pozulması daxildir".

Günvurma və istivurma fərqli anlayışlardır

Həkim-terapevt günvurma və istivurmanın fərqli anlayışlar olduğunu qeyd edib: “Günvurma, əsasən, baş nahiyəsinə gün şüalarının düşməsi səbəbindən yaranan patoloji vəziyyətdir. Bu zaman nevroloji-başgicəllənmə, ürəkbulanma, ağrı və digər simptomlar müşahidə olunur. İstivurma zamanı isə bədənin hər hansı nahiyəsi xüsusi önəm kəsb etmir. Bədənin havasız, isti otaqda qalması səbəbindən yaranan patoloji vəziyyət hesab edilir. Bu zaman bədən hərarətindən şikayət edilir. Bu iki halı bir-birindən ayırmaq üçün həkimə müraciət edib anamnez almaq lazımdır”.

G.İsmayılova qeyd edib ki, yay aylarında su balansını normada saxlamaq üçün ciddi rejimdə su içmək lazımdır. Baş örtükləri, papaqlar, geyimlərdə daha çox ağ rəngli yüngül, pambıq materiallardan olan geyimlər gün şüalarından qorunmaq üçün istifadə olunmalı vasitələrdir.

Həkim-terapevt Günel Fətəliyevanın sözlərinə görə isə, günvurma bütün yaş qruplarında rast gəlinən haldır: “Küləksiz günlərdə, günorta saatlarında günəş şüaları düz düşdüyündən təhlükə artır. Günvurmanın əlamətləri sırasında yüksək hərarət, şiddətli baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, ürəkdöyünmə, əzələ qıcolmaları, yuxululuq, huşun pozulması kimi halları qeyd etmək olar”.

Günvurmadan qorunmaq mütəxəssislərin qeyd etdiyi profilaktik tədbirlərə əməl edilməlidir

Həkim-terapevt arterial hipertenziyadan əziyyət çəkən, ürək-damar, şəkərli diabet, xroniki böyrək çatışmazlığı olan, onkoloji xəstələrin, artıq çəkisi, kaxeksiya (bədən çəkisi çox az olanlar), psixiki pozuntusu olanların, epilepsiya xəstələrinin, hamilələrin, yaşı 65-dən yuxarı yaşlıların və yaşı 5-dən aşağı uşaqların risk qrupuna daxil olduğunu da bildirib.

G.Fətəliyeva günvurma zamanı xəstəyə göstərilməli olan ilkin yardım tədbirləri haqda danışıb: “Günvuran şəxsi dərhal sərin yerə aparıb, ayaqları hündür vəziyyətdə, başı yana çevirib uzatmaq, onun isti geyimlərini soyundurmaq, alın, sinə, qoltuqaltına soyuq suda isladılmış parça qoymaq, qol və baldırlarını masaj etmək, huşu aydındırsa, həmin şəxsə sərin su içirtmək, xəstəni ən yaxın tibb mərkəzinə çatdırmaq lazımdır”.

Günvurmadan qorunmaq üçün profilaktik tədbirlərə isə mütləq əməl edilməlidir: “Çalışın məcbur olmadıqca günorta saatlarında günəş altında çox qalmayın. Bədəni tərlətməyən, gen, nazik və açıq rəngli paltarlar geyinin. Günəşdən qorunmaq üçün eynək, şlyapa, çətir istifadə edin. Günəşə çıxmazdan 30 dəqiqə əvvəl qoruyucu krem çəkin. Gün ərzində 2,5-3 litr maye (su, ayran, mineral su) için. Asan həzm olunan yüngül qidalardan istifadə edin. Uzunmüddətli və çox ağır fiziki iş və idmandan uzaq olun. İmkan olduqca tez-tez ilıq duş alın”, - deyə həkim-terapevt profilaktik tədbirləri sadalayıb.

Ağır günvurmalar nəticəsində mərkəzi sinir sisteminin, qan dövranının fəaliyyəti tamamilə pozulur

Həkim-terapevt Ruhiyyə Yusifova isə son dövrlər ona müraciət edən pasiyentlərin arasında günvurma hallarından şikayət edənlərin sayının artdığını deyib: “Hava temperaturu yüksək olduğu üçün günvurma hallarında ciddi artım müşahidə olunur. Bədən ultrabənövşəyi şüalara normadan artıq məruz qalarsa, hətta komatoz vəziyyət də yarana bilər. Ağır günvurmalar nəticəsində mərkəzi sinir sisteminin, qan dövranının fəaliyyəti tamamilə pozulur və dərinin tər ifrazatı sıradan çıxır. Qan dövranının pozulması nəticəsində oksigen çatışmazlığı yaranır, bu proses, hətta, ölümlə nəticələnə bilər. Günvurma əsasən günün günorta vaxtı, günəş zirvəyə yaxınlaşanda baş verir. Bu zaman aralığında ən çox meteohəssas insanların günəşin şüalarından uzaqda olmağı məsləhət görülür. Günvurmaya məruz qalmış insanlar qidalanmalarına fikir verməlidirlər. Məsələn, yay aylarında insanlar istirahət üçün günəşin altında spirtli içkilər, rasiona uyğun olmayan qidalar qəbul edirlər. Belə hallar isə günvurmanın gedişatını daha çox ağırlaşdırır. Eyni zamanda, gün altında tütünlü məhsulların istifadəsi də olduqca ciddi fəsadlar yarada bilər”.

Qeyd edək ki, ölkədə iyul ayı ərzində günvurma ilə bağlı olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 45 nəfər müraciət edib. Onlardan 7-si isə uşaq olub.

Günvurma zamanı baş-beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, qusma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə və ya temperaturun yüksəlməsi kimi əlamətlər qeyd edilir. Hətta günvurma beyin ödəmi və komaya da gətirib çıxara bilər. Bu səbəbdən özünüzdə və ya ətrafınızda günvurma halı müşahidə edildiyi zaman Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət etməyiniz yarana biləcək fəlakətlərin qarşısını ala bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var