Son sutka ərzində dünyada koronavirusa 63 min insan yoluxub
Bakı, 30 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, son 24 saatda dünyada 63 min nəfər koronavirus infeksiyasına yoluxub.
AZƏRTAC EFE agentliyinə istinadən xəbər verir ki, bu günə qədər dünyada koronavirusa yoluxanların sayı 638 min 146 nəfərdir. Dünya üzrə 30 min 105 şəxs bu xəstəlikdən dünyasını dəyişib.
ABŞ dünya üzrə COVID-19 virusundan əziyyət çəkən ölkələr sırasında birinci yeri tutub. Bu ölkədə 124 min yoluxma və 2 min ölüm halları qeydə alınıb.
ABŞ bu rəqəmlə Çində virusun törətdiyi dəhşəti üstələyib.
Məlumata görə, İtaliyada 92 min 472 yoluxma, 10 min 800 ölüm, İspaniyada isə 78 min 797 yoluxma və 6 min 528 ölüm halı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]