Sorğu: Fransada Makronun reytinqi ötən ildən bəri ən aşağı səviyyəyə düşüb
Bakı, 4 aprel, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makrona ictimai etimad 25 faizə düşüb ki, bu da 2022-ci ildən bəri ən aşağı səviyyədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Les Echos” qəzeti Elabe sosioloji xidmətinin sorğusuna istinadla məlumat yayıb.
Qəzet yazır ki, buna səbəb iqtisadiyyatdakı problemlər və Ukrayna ilə bağlı açıqlamalardır. Həmçinin qeyd edilib ki, Qabriel Attalın Baş nazir vəzifəsinə təyin olunması da etimad reytinqinə heç bir təsir göstərməyib.
Dövlət başçısından ən böyük məyusluğu yaşlı nəslin nümayəndələri (65 yaş və yuxarı) yaşayıb. Apreldə bu qrupdan olan respondentlərin yalnız 27 faizi dövlət başçısına etimadı saxlayıb, martda isə bu göstərici 36 faiz olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]