Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluq edən şəxslər saxlanılıblar

Bakı, 11 aprel, AZƏRTAC
Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün “TikTok” sosial şəbəkəsində bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib. Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi soruşulub. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərərçəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında dələduzluq edən 46 yaşlı G.Mirzəyeva və 24 yaşlı Ə.Abbasova saxlanılıblar. Araşdırma aparılır.
“Sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildiririk ki, bu tipli elanlarla rastlaşan zaman heç bir halda ödəniş etməsinlər və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmasınlar”, - deyə nazirlikdən bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.04.2025 [12:05]
Milli Hidrometeorologiya Xidməti: Bəzi çaylarda sululuq artıb
- 21.04.2025 [11:59]
MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb
- 21.04.2025 [11:48]
Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq mükafata layiq görülüb
Roma Papası Fransisk vəfat edib
- [12:14]
Oğuzda cücə ferması yanıb
- [11:50]
Göygöldə qəza: Ölən və xəsarət alan var
- 20.04.2025 [23:33]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub
- 20.04.2025 [23:05]
Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi məlum olub
- 20.04.2025 [22:51]
Superliqa: “Fənərbağça” doğma meydanda xal itirib
- 20.04.2025 [22:19]
Misli Premyer Liqasında XXXI tura yekun vurulub
- 20.04.2025 [21:00]
Milli Gənc Tamaşaçılar Teatrında premyera - “Düyməcik”
- 20.04.2025 [20:46]
Peskov: Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib
- 20.04.2025 [20:13]
Ukraynalı ekspert: Ukrayna və ABŞ birgə əməkdaşlıqda maraqlıdır
- 20.04.2025 [19:29]
Azərbaycan Mədəniyyəti Avstriyada təbliğ olunur
- 20.04.2025 [19:22]
Dillər Universitetində “Çin dili günü” qeyd olunub
- 20.04.2025 [18:58]
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- 20.04.2025 [18:47]