Sumı şəhərinin kabab üzrə çempionatında Azərbaycan aşpazları “Qızıl şiş” qazanmışlar
Kiyev, 13 sentyabr (AZƏRTAC). Ukraynanın Sumı şəhərində kabab bişirilməsi üzrə I şəhər çempionatı keçirilmişdir.
İ.Kojedub adına parkda milli azlıq təşkil edən icmaları və şəhərin bir neçə iaşə müəssisəsini təmsil edən ondan çox müsabiqəçi turnirin qonaqlarına bişirdikləri kababları, o cümlədən ləzzətli Azərbaycan kababını təklif etmişdir.
Çempionatın yekunları üzrə qaliblər Azərbaycan və Ukrayna mətbəxinin nümayəndələri olmuşlar.
Çempionatın bütün iştirakçıları diplomlar almışlar, qaliblər isə dəmirçilik işinin ustaları tərəfindən məhz bu tədbir üçün hazırlanmış “Qızıl şişlər”lə mükafatlandırılmışlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]