“Sumqayıt” futbol klubunun U-17 komandası mövqeyini möhkəmləndirib
Sumqayıt, 22 fevral, AZƏRTAC
“Bakcell U-17 Liqası”nda növbəti turun oyunları keçirilib. “Sumqayıt” futbol klubunun 17 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda AZAL-ı qəbul edib.
“Sumqayıt” FK-nın mətbuat xidmətidən AZƏRTAC-a bildirilib ki, rəqibindən üstün oyun nümayiş etdirən komanda 3:0 hesablı qələbə qazanıb. Bu görüşdə qolları Aqşin Hüseynov, Nicat Sərdarlı və Xəzər Məmmədov vurub. “Sumqayıt” FK U-17 bu qələbə ilə 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmləndirib.
Bundan başqa, həftəsonu AFFA-nın təşkil etdiyi futbol liqalarında növbəti turun oyunları da keçirilib. “Sumqayıt”ın U-10 komandası şimal regionunda “Məhəllə uşaqları” komandası ilə üz-üzə gəlib və 6:0 hesabı ilə qələbə qazanıb.
“Sumqayıt” FK-nın U-11 komandası isə həftəni “Həkəri” üzərində texniki qələbə ilə başa vurub. Klubun U-12 komandası şimal regionunda İOEUGİM-lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Klubun U-13 komandası “Neftçi”yə 2:3, U-14 isə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]