“Sumqayıt” klubu Azərbaycan kubokunun finalına ciddi hazırlaşır
“Sumqayıt, 17 may, AZƏRTAC
“Sumqayıt” futbol klubu ilk dəfə olaraq Azərbaycan kubokunun finalında mübarizə aparacaq.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klub “Kapital Bank Arena”da final qarşılaşmasına ciddi hazırlaşır. Futbolçular final oyununda qələbə qazanmaq əzmindədirlər. Komanda da xoş əhval-ruhiyyə var.
Qeyd edək ki, mayın 19-da Naxçıvan Muxtar Respublikasında keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı saat 16:30-da start götürəcək.