“Sumqayıt” klubu “Zəfər Kuboku” turnirinin qalibi olub
Bakı, 3 noyabr, AZƏRTAC
AFFA, Peşəkar Futbol Liqası və 8 Premyer Liqa klubunun əməkdaşlarından ibarət komandaların iştirakı ilə təşkil olunan “Zəfər Kuboku” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin ilk yarımfinal oyununda AFFA üzərində 4:1 hesablı qələbə qazanan “Sumqayıt” finala vəsiqə qazanıb. Yarımfinalın digər qarşılaşmasında “Səbail” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib.
Həlledici qarşılaşmada “Səbail” üzərində 3:1 hesablı qələbə qazanan “Sumqayıt” “Zəfər Kuboku” turnirinin qalibi olub.
Qalib komandaya kuboku AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov təqdim edib.