“Sumqayıt” klubunun iki futbolçusu U-21 milli komandamıza dəvət alıb
Sumqayıt, 15 may, AZƏRTAC
“Sumqayıt” klubunun iki üzvü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına dəvət alıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sloveniyada təlim-məşq toplanışı çərçivəsində millimiz mayın 21-də və 27-də müvafiq olaraq Xorvatiyanın “Sloven Belupo-2” və Lyublyananın “Olimpiya” komandalarının əvəzediciləri ilə görüşəcək. U-21 millisinin heyətinə çağırılan futbolçular arasında “Sumqayıt” klubunun üzvləri - Süleyman Əhmədov və Ricat Qarayev də var.
Komandamızın Sloveniyada təlim-məşq toplanışı mayın 18-dən 28-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]