SUMQAYIT KOMANDASI ZONA YARIŞLARININ ÇEMPİONUDUR
Sumqayıt, 12 mart (AZƏRTAC). Sumqayıt komandası “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə yarışlardan qələbə ilə qayıtmışdır.
Şəhərin gənclər və idman baş idarəsindən bildirmişlər ki, Milli Qəhrəman Mətləb Quliyev adına 3 nömrəli orta məktəbin komandası bu günlərdə Xızı rayonunda keçirilən zona yarışlarında birinci yeri tutmuşdur. Onların Dəvəçi və Abşeron rayonlarından olan yaşıdları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Qaliblərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.
Xatırladaq ki, “Cəsurlar” hərbi-idman və turizm oyunlarının final yarışları martın axırında C.Naxçıvanski adına Hərbi Liseydə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]