Sumqayıt Teatrında “Qaravəlli” tamaşasının premyerası olacaq
Bakı, 18 iyun, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Xalq yazıçı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın iyul ayında premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, rejissoru isə Rəvan Hüseynzadədir. Səhnə əsərində ritmika Ramazan Xanlarova, musiqilərin ifası "Dərviş" qrupuna məxsusdur.
Tamaşanın əsas mövzu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç etməsindən bəhs edilir.
Yeni tamaşada obrazları Əməkdar artist İsaməddin Bağırov, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, İlham Səfərli, Elmir Mehdiyev, Habil Xanlarov, Elay Xasiyev, Aynur Hümmətova, İlahə Səfərova, Ramazan Xanlarov və Etibar Cəbiyev ifa edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]