Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıtda 50-dən çox hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub VİDEO

Sumqayıt, 10 may, G.Mahmudlu, Ş.Əzizov, S.Məcnun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması istiqamətində addımlar atılır.

Ötən il dekabrın 24-də keçirilən iclasda qəbul edilmiş müvafiq qərara əsasən, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış və ya onların varislərinə) daimi mənzillərin təqdim edilməsi prosesi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində mayın 10-da 50-dən çox hərbi xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçuya Sumqayıt şəhərində yerləşən MİDA Yaşayış Kompleksindəki mənzillərin sənədləri və açarları təqdim olunub.

Sumqayıtda birotaqlı və dördotaqlı 60-a yaxın mənzil öz sahiblərinə qovuşdu

Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisi, nazirliyin mənzil komissiyasının sədri, ədliyyə general mayoru Elçin Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq Fərmanı əsasında Azərbaycan Ordusunda 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzil verilir: “Hər il Maliyyə Nazirliyindən vəsait ayrılır və həmin vəsaitə mənzillər alınır. Bu il 512 mənzil alınıb və püşkatma yolu ilə hərbi qulluqçulara növbəlilik prinsipi əsasında verilib. Dövlət rəsmiləşdirilməsi təşkil edilərək, mənzillər çıxarışlarla təmin olunub. Bu gün çıxarışlarla açarlar hərbi qulluqçulara təqdim olundu. Bugünkü təqdimat mərasimi müstəqil Azərbaycanın qurucusu və banisi, müasir, modern və qüdrətli Azərbaycan Ordusunun yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirildi. Sumqayıtda birotaqlı və dördotaqlı 59 mənzil hərbi qulluqçulara təqdim olundu. Gələn il də bir o qədər mənzilin verilməsi nəzərdə tutulub. Ümumilikdə, iki il ərzində hərbi qulluqçulara verilən mənzillərin sayı 1000-ə yaxındır”.

Mənzillə təminat orduda xidmət etmiş zabitlərin əməyinə verilən yüksək dəyər, hazırda xidmət edənlər üçün isə stimuldur

Otuz ildir Azərbaycan Ordusunda xidmət edən polkovnik Fuad Ələkbərov həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısıdır. Qələbəmizdə pay sahibi olan zabit Zəfər yürüşümüzdə addımlayanlar sırasında olmaqdan və Qalib Ordunun mənsubu kimi xidmətini davam etdirməkdən qürur duyduğunu bildirib.

O, AZƏRTAC-ın müxbiri ilə söhbətində fikirlərinə belə davam edib: "Sumqayıtda dördotaqlı mənzillə təmin olundum. Dəniz kənarında, mənzərəli yerdə yerləşən binada verilən mənzilin şəraiti çox yaxşıdır. Buna görə Ali Baş Komandana özüm və ailəm adından dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, bu, Prezident İlham Əliyev tərəfindən mənə verilən ilk hədiyyə deyil. Belə ki, Azərbaycan Ordusunun bir mənsubu kimi çox keşməkeşli yollardan keçdim, Aprel hadisələrindən etibarən döyüşlərdə iştirak etdim. Sevinirəm ki, torpaqlarımızı mənfur düşmənin tapdağından xilas etmək, ərazi bütövlüyümüz və suverenliyimizi bərpa etmək kimi şərəfli missiyada mənim də payım var. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, müxtəlif dövrlərdə keçirilən vacib hərbi əməliyyatların iştirakçısı kimi, "İgidliyə görə", "Vətən uğrunda" və digər medallarla təltif olunmuşam. Bu gün isə mənim üçün qürurvericidir ki, bu cür şəraiti olan evlə təmin olundum. Bu, ölkə rəhbərliyi tərəfindən mənə və ailəmə göstərilən böyük qayğıdır".

Ehtiyatda olan tibb xidməti polkovnik leytenantı İlham Əliyev isə əməyinin bu cür yüksək formada qiymətləndirildiyi üçün dövlətimizin başçısına təşəkkürünü bildirib: “Hər bir insanın ən böyük arzularından biri ev, mənzil sahibi olmaqdır. Bu gün arzularımızdan birinin reallaşmasının sevincini yaşayırıq. Belə ki, ümumi sahəsi 105.8 kvadratmetr olan dördotaqlı mənzillə təmin olundum. Ehtiyatda olan digər zabit yoldaşlarımla birgə sevincimin həddi-hüdudu yoxdur.

Əlbəttə, 90-cı illərdə Azərbaycan Ordusunda istər könüllü, istərsə də çağırışla xidmət etdiyimiz vaxtlarda ağlımıza gəlməzdi ki, uzun illərdən sonra bizim şərəfli xidmətimiz dəyərləndiriləcək və mənzillər təqdim ediləcək. Buna görə də 20 ildən artıq xidmət etmiş zabitlər olaraq dövlətimizə, Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk. Bu, orduda xidmət etmiş zabitlərin əməyinə verilmiş böyük qiymətdir. Düşünürəm ki, bu, özü də həm də bir stimul, hazırda Azərbaycan Ordusunda xidmət edən, xüsusilə gənc zabitlər üçün böyük motivasiyadır".

Qeyd edək ki, mənzil təminatı proqramı mərhələli şəkildə həyata keçirilir və bundan sonra da hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Sumqayıtda 50-dən çox hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 93,37 dollara satılır

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub