SUMQAYITLILAR ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ƏBƏDİLƏŞDİRMƏK ÜÇÜN ŞƏHƏRİN ADINI DƏYİŞMƏYİ TƏKLİF ETMİŞLƏR
Azərbaycanda matəmin rəsmən başa çatmasına baxmayaraq, idarə, müəssisə və təşkilatlarda xatirə gecələri keçirilir, insanlar nadir şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatı ilə əlaqədar kədərlərini ifadə edirlər. Çıxış edənlər şəxsi təəssüratlarından söhbət açır, əfsanəvi siyasi xadimlə, ümummilli liderimizlə unudulmaz görüşlərini xatırlayırlar.
Heydər Əliyevin Sumqayıta və sumqayıtlılara hədsiz diqqət və qayğısının şəhərin inkişafına və təşəkkülünə, onun sənaye potensialına, habelə burada sağlam mənəvi-əxlaqi ab-havanın yaranmasına müsbət təsir göstərdiyini nəzərə alaraq, “Azərboru” SC-nin, “Sumqayıtsuperfosfat” SC-nin, “Etilen-polietilen”, “Sintez-kauçuk” zavodlarının , “ADEC” Azərbaycan-Almaniya birgə müəssisəsinin, şəhər sanitariya gigiyenası və epidemiologiya mərkəzinin, başqa müəssisə və təşkilatların kollektivləri və şəhər ağsaqqallar şurası öz iclaslarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edərək, Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə Sumqayıtın adının dəyişdirilməsini xahiş etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]