SÜRİX BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
Sürix, 19 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlmişdir.
Sürix şəhərinin Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İsveçrənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev və xanımı Sürixdən paytaxt Bernə yola düşdülər.