RƏSMİ XRONİKA
TAİLANDIN KRALI ƏLAHƏZRƏT BHUMİBOL ADULYADEJƏ
Əlahəzrət,
Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Tailand arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını davam etdirəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 noyabr 2009-cu il.