Tarix Muzeyində tibb tarixinə dair materiallar qorunur
Bakı, 17 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda tibb tarixinə dair xeyli material qorunub saxlanılır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu sənədlərdən biri Azərbaycanın tanınmış tibb işçilərinin müxtəlif zamanlarda fəaliyyətini əks etdirən dörd fotoşəkildir. Bu şəkillər arasında 1893-cü ildə Tiflis gimnaziyasında təhsil almış tanınmış cərrah Bahadır Qayıbovu, 1912-ci ildə Xarkovda təhsil almış Mirəsədulla Mirqasımovu (sonradan Azərbaycan EA-nın ilk prezidenti seçilib), 1927-ci ildə Şamaxıda açılmış tibb bacıları kurslarının tələbələrini, ötən əsrin 20-ci illərində Lerikdə dosent Əlisəttar Sultanovun rəhbərliyi ilə yaradılmış səyyar tibb məntəqəsinin işçilərini görmək olar.