Tarix Muzeyinin nadir kitab incisi - “Üç mədəniyyət”
Bakı, 7 yanvar, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Nadir kitablar fondunda görkəmli Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağaoğlunun “Üç mədəniyyət” kitabı saxlanılır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Əhməd bəy Ağaoğlu 1919-1920-ci illərdə Maltada sürgündə olarkən həmin kitabı nəşrə hazırlayıb və sürgündən qayıtdıqdan sonra 1927-ci ildə əski əlifba ilə “Türk ocaqları mətbəəsi”ndə çap etdirib. Nəşrdə türk, İslam və Avropa mədəniyyətlərinin müqayisəli təhlili aparılıb.
Həmin nadir nüsxə görkəmli şərqşünas, tarixçi, arxeoloq Əjdər Ələsgərzadənin (1895-1964) şəxsi arxivində qorunub və sonralar muzeyə hədiyyə olunub.
Kitab Əhməd bəy Ağaoğlu irsinin tədqiqi və təbliği baxımından olduqca əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]