Tarla müşavirəsində fermerlər kökdənkənar yemləmənin üstünlükləri barədə məlumatlandırılıblar VİDEO
Bərdə, 9 aprel, AZƏRTAC
Taxılçılıqda yüksək məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri yemləmə gübrələrinin verilməsidir. Bu sahədə fermerlərin məlumatlandırılması üçün “Sara Qrup” Qapalı Səhmədar Cəmiyyətinin mütəxəssisləri Bərdə rayonunda fermerlərlə görüş keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq tarla müşavirəsində fermerlərə gübrə və dərmanların xüsusiyyətləri, o cümlədən kökdənkənar yemləmənin üstünlükləri barədə məlumatlar verilib. Ötən il yemləmə gübrələrindən istifadə edən fermerin taxıl sahəsi ilə tanışlıq olub. Təsərrüfat sahibləri yemləmə gübrələrinin verilmə üsulu və vaxtı barədə məlumatlandırılıblar.