Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı artıb
Bakı, 5 aprel, AZƏRTAC
Tayvan yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 1106 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Mərkəzinin hesabatında qeyd edilib.
Yenilənmiş məlumatlara görə, 705 nəfər çətin relyefə malik ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır.
Qeyd edək ki, aprelin 3-də yerli vaxtla saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]