TEATR MÖVSÜMÜNÜN TƏNTƏNƏLİ AÇILIŞI
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Səməd Vurğun adına Rus Dram Teatrının binası qarşısındakı meydanda builki teatr mövsümünün təntənəli açılışı olmuşdur.
Havanın küləkli olmasına baxmayaraq, ölkəmizin teatrlarının kollektivləri buraya toplaşmışdılar. Əsl bayramı xatırladan bu tədbir xalq artisti Aleksandr Şarovski və dramaturq Vladimir Neverovun ssenarisi əsasında təşkil edilmişdir. Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Milli Dram Teatrının və başqa teatrların aktyorları tədbirə toplaşanlar qarşısında çıxış etdilər.
Onlar bayram şənliyinə toplaşanların gurultulu alqış sədaları altında miniatürlər, ayrı-ayrı tamaşalardan səhnələr ifa etdilər. Bu kiçik səhnələr Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı kollektivinin ifasında Azərbaycan ədəbiyyatının klassiki Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” tamaşasının bir növ proloqu oldu.
Teatr mövsümünün təntənəli açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgisi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]

