Tədrisin digər dildə aparıldığı bölmə üzrə müsahibələr təxirə salınıb
Bakı, 29 mart, AZƏRTAC
Birinci sinfə qəbul prosesində tədrisin digər dildə aparıldığı bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsahibənin keçiriləcəyi tarix və qaydalar barədə valideynlərə sms vasitəsilə məlumat veriləcək. Eyni zamanda, bu məlumatlar şəxsi kabinetdə öz əksini tapacaq.
Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]
BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 14.10.2026 [17:01]