Təhsil Nazirliyi təhsil tələbə krediti ilə bağlı sualları cavablandırmaq üçün xidmətlər təqdim edir
Bakı, 26 noyabr, AZƏRTAC
Təhsil Nazirliyi təhsil tələbə krediti ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə xidmətlər təqdim edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı vətəndaşlar nazirliyin Çağrı Mərkəzinə (146-1), vatsap nömrəsinə (+994 51 206 78 48), “Virtual bələdçi” xidmətinə, təhsil tələbə krediti portalının (www.e-ttkf.edu.az) əks-əlaqə bölməsinə müraciət edə bilərlər.