Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır
Bakı, 28 mart, AZƏRTAC
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi aprelin 20-dək fəaliyyətini dayandırır.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.
Vətəndaşlar, həmçinin nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.
Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:45]
Paytaxt məktəblisi öz mobil tətbiqini yaradıb
- 23.06.2026 [12:10]
ADPU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir
- 23.06.2026 [11:57]
ADPU-da fakültələr üzrə məzun görüşləri təşkil olunub
- 23.06.2026 [11:24]
Professor Habil Məmmədovun 60 illik yubileyi qeyd olunub
- 23.06.2026 [11:18]
SABAH qruplarında tədris fəaliyyəti üçün müraciət qəbulu başlanıb
- 23.06.2026 [11:11]
Dövlət qulluğu: məsuliyyət, peşəkarlıq və müasir idarəetmə modeli
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]
Litva hökuməti istefa verib
- [12:26]
Bu saata olan əsas xəbərlər
- [12:00]