Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
Bakı, 17 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı məbləği 80 milyon manat təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Tələbə Krediti Fondunun Nizamnaməsində əksini tapıb.
Nizamnamədə qeyd olunur ki, Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.
Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq.
Fond sərbəst pul vəsaitindən yalnız Fondun saxlanılması xərclərinin maliyyələşdirilməsi, təhsil tələbə kreditlərinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlarının əldə olunması, beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklarda depozitlərin yerləşdirilməsi istiqamətləri üzrə istifadə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]
BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 14.10.2026 [17:01]