TEYMUR RƏCƏBOVUN “AMBER” TURNİRİNDƏ KEÇİRDİYİ İKİ GÖRÜŞ HEÇ-HEÇƏ BAŞA ÇATMIŞDIR
Bakı,17 mart (AZƏRTAC). Dünyanın 12 aparıcı qrossmeysterinin iştirakı ilə Nitsa şəhərində keçirilən XVIII “Amber” Beynəlxalq şahmat turnirinin 3-cü turu başa çatmışdır. Bu turda gözübağlı görüşlərdə aşağıdakı nəticələr əldə olunmuşdur: Anand-Karlsen 0:1, Vanq Yu -Topalov 0:1, Aronyan -Kamski 1:0, Leko-İvançuk 1:0. Karyakin-Kramnik, Rəcəbov -Morozeviç heç-heçə oynamışlar.
Sürətli partiyaların nəticələri belədir: Kamski -Aronyan 1:0, İvançuk-Leko. 1:0, Karlsen-Anand, Topalov-Vanq Yu, Morozeviç -Rəcəbov, Kramnik-Karyakin isə heç-heçə oynamışlar.
Üç turun yekunlarına görə, Aronyan 4 xal, Kramnik, Karlsen, Topalov hərəyə 3,5 xal, Anand 3 xal, Kamski, Rəcəbov hərəyə 2,5 xal, Vanq Yu 1,5 xal toplamışlar.
T.Rəcəbov dördüncü turda Karyakin, Anand Aronyan, İvançuk Kamski, Vanq Yu Kramnik, Leko Karlsen, Morozeviç isə Topalovla qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]