“Thodex”in qurucusu haqqında Interpol tərəfindən axtarış elan edilib
İstanbul, 24 aprel, AZƏRTAC
Türkiyədə saxtakarlıq edərək iki milyard ABŞ dolları məbləğində vəsaitlə Albaniyaya qaçan kripto pul mübadilə şirkəti “Thodex”in qurucusu və sahibi Faruk Fatih Özer haqqında Interpol tərəfindən qırmızı bülletenlə axtarış elan edilib.
AZƏRTAC xəbər verir ki, F.Özerin saxlanılması və ekstradisiyası üçün Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə onun albaniyalı həmkarı Bledar Cuci arasında telefon danışığı olub.
İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən “Thodex” şirkəti və onun qurucusu ilə bağlı açılan cinayət işi çərçivəsində başda İstanbul olmaqla, Türkiyənin səkkiz vilayətində əməliyyatlar başlayıb. Bu əməliyyatlar zamanı saxlanılmasına qərar verilən 78 nəfərdən 62-si artıq ələ keçirilib. Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən verilən açıqlamada bildirilir ki, şirkətin İstanbulun Kadıköy rayonundakı şöbəsində aparılan axtarış zamanı çox sayda rəqəmsal material və sənəd müsadirə edilib.
Qeyd edək ki, bu hadisənin Türkiyə Respublikasının tarixində ən böyük saxtakarlıq olduğu bildirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]