TİKİNTİ VƏ YENİDƏNQURMA İŞLƏRİNİN APARILMASINA İCAZƏ VERİLMƏSİ QAYDALARI HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, İqtisadi İnkişaf və Fövqəladə Hallar nazirlikləri tərəfindən “Tikinti və yenidənqurma işlərinin aparılmasına icazə verilməsi qaydaları və tikinti obyektlərinin və qurğuların istismara təhvil verilməsi” layihəsi hazırlanmışdır.
Nazirlər Kabinetinə təqdim edilmiş layihə bəyənilərək Prezidentin İcra Aparatına göndərilmişdir. Sənəd təsdiq edildikdən sonra obyektlərin istismarına icazənin və təhvil verilməsi ilə bağlı prosedurların sayı 31-dən 12-dək, onların keçilmə müddəti isə 207 gündən 124 günədək azalacaqdır.