Toni Kroos Madridin “Real” klubu ilə müqavilənin müddətini 2023-cü ilədək uzadıb
Madrid, 21 may, AZƏRTAC
Almaniyalı futbolçu, Madridin “Real” komandasının yarımmüdafiəçisi Toni Kroos bu klubla müqaviləsinin müddətini 2023-cü ilin iyununadək uzadıb. Bu barədə “Real Madrid” klubu elan edib.
AZƏRTAC xəbər verir ki, klubun bəyanatında “Real Madrid”lə Toni Kroosun müqavilənin müddətinin 2023-cü il iyunun 30-dək uzadılması barədə razılığa gəldikləri bildirilir.
29 yaşlı Kroos Madridin “Real” klubuna “Bavariya”dan 2014-cü ildə 25 milyon avro müqabilində keçib. O, Madrid klubu ilə ilkin müqaviləni 2020-ci ilədək imzalayıb, 2016-cı ildə müqavilə daha iki il müddətinə uzadılıb.
2014-cü ildə futbol üzrə dünya çempionatında qalib gələn Kroos “Real Madrid”də keçirdiyi 233 oyunda 13 qolun müəllifidir. O, beş mövsüm ərzində 12 titula sahib olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]