“Tottenhem”in baş məşqçisi Premyer Liqa tarixinə düşüb
Bakı, 22 aprel, AZƏRTAC
İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Rayan Meyson adını Premyer Liqa tarixinə yazdırıb.
AZƏRTAC xəbər verir ki, “Sauthempton”la oyuna (2:1) çıxan 29 yaşlı mütəxəssis İngiltərə Premyer Liqası tarixində ən gənc baş məşqçi olub.
Meyson zədə səbəbindən 26 yaşında futbolçu karyerasını başa vurub. 2018-ci ildə “Holl Siti”nin heyətində “Çelsi” ilə görüşdə Hari Çellə toqquşan gənc mütəxəssis sonradan karyerasını məşqçi kimi davam etdirib. Futbolçu karyerasına “Tottenhem” akademiyasında start verən Rayan, elə həmin komandanın akademiyasında məşqçiliyə başlayıb.
Xatırladaq ki, mövsümün sonunadək komandanı çalışdıracaq Meyson, bir neçə gün öncə istefaya göndərilən Joze Mourinyonu əvəzləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]