Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası turoperatorların konsorsiumunu yaradıb
Bakı, 28 mart, AZƏRTAC
Qazaxıstanın Şımkənd şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin (Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan) turizm şirkətləri nümayəndələrinin iştirakı ilə turizm üzrə işçi qrupunun yekun VII iclası keçirilib.
AZƏRTAC Kazinforma istinadla xəbər verir ki, iclasda “Müasir İpək Yolu” vahid turizm məhsulunun yaradılması proqramı və onun beynəlxalq turizm bazarında satışı müzakirə edilib, beynəlxalq aviadaşımalar nəzərə alınmaqla vahid turizm məhsulunun müfəssəl proqramının təqdimatı keçirilib.
Şuranın Katibliyi tərəfindən “Müasir İpək Yolu” vahid turizm məhsulunun marketinq strategiyasının yol xəritəsi təqdim edilib. İştirakçı ölkələrə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrində servis keyfiyyətinin təkmilləşdirilməsinə dair hazırladığı proqram barədə məlumat verilib.
İclasın sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin turoperatorları arasında konsorsiumun yaradılması haqqında memorandum imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]