Türkiyə hökumətinin tərkibində dəyişiklik olub
Ankara, 28 mart, AZƏRTAC
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahid Turhan vəzifəsindən azad edilib. Bu vəzifəyə nazir müavini Adil Karaismailoğlu təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Hökumətin tərkibindəki dəyişikliyin səbəbi barədə açıqlama verilməyib.
A.Karaismailoğlu 1969-cu ildə Trabzonda doğulub. 1995-ci ildə İstanbul bələdiyyəsinin nəqliyyat sektorunda fəaliyyətə başlayan yeni nazir hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarı dövründə müxtəlif vəzifələrdə çalışıb. O, ötən il Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini təyin olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [14:15]
Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb
- 23.06.2026 [14:08]
Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub
- 23.06.2026 [13:19]
Böyük Britaniyada rekord istilər gözlənilir
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]
Litva hökuməti istefa verib
- [12:26]
Bu saata olan əsas xəbərlər
- [12:00]