Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Türkiyə parlamentinə deputatlığa namizəddir
Bakı, 13 aprel (AZƏRTAC). Türkiyə Azərbaycan dərnəyinin başçısı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır bölgəsindən millət vəkilliyinə bir nömrəli namizəddir.
Diasporla iş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İğdırda anadan olmuşdur və hazırda Türkiyədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən biridir. Uzun illərdir ki, Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə edən S. Oğanın iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunmuş çoxlu sayda tədbirlər təşkil olunmuşdur.
O, Azərbaycan dövlətinin və xalqının maraqlarını daha sistemli şəkildə müdafiə etmək üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaratmışdır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən TAD müntəzəm olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasəti ilə bağlı beynəlxalq konfrans və seminarlar keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]