Türkiyə Superliqası: "Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də futbol üzrə Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" doğma meydanda “Fənərbağça”nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Kərəm Aktürkoğlu açıb. Matçın 31-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Mesut Özül hesaba tarazlıq gətirib. Oyunun 90+5-ci dəqiqələrində "Fənərbağça"nın futbolçusu Mikel Krespo komandasının qələbə topunu vurub. Beləliklə, "Fənərbağça" səfərdə "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edib.
Günün digər matçlarında isə "Adana Dəmirspor" səfərdə "Altay"ı 3:1 hesabı ilə üstələyib. "Konyaspor" isə doğma meydanda "Rizəspor"un qapısından üç cavabsız top keçirib. "Fatih Karagümrük" isə səfər matçında "Kasımpaşa"ya 3:1 hesabı ilə qalib gəlib.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 30 xalla "Trabzonspor" başçılıq edir. Ondan dörd xal geri qalan "Hatayspor" ikinci, onunla eyni xala malik olan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]